“Futbolu buna görə sevirik” – Poçettino

11:24 | 18 Aprel, 2019

“İnanılmaz idi! Çox xoşbəxtəm. Oyunçularımla qürur duyuram. “Mançester Siti”ni gözəl oyuna görə təbrik edirəm. Ammma bizim daha çox mübarizə apardığımızı düşünürəm. Oyunçularımın hamısı qəhrəmandır. Onlar meydanda xarakter göstərdilər”.

Bu sözləri “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti” ilə cavab oyunundan (3:4) sonra deyib.

“Hər iki matç gərgin keçdi. Bərabər səviyyəli oyun idi. “Mançester Siti”yə üç qol vurmaq çətindir. Son Hın Min fantastik oynadır. Çempionlar Liqasında vurduğu iki qol onun səviyyəsini göstərir” – deyə o bildirib.

M.Poçettino Sterlinqin ofsayt səbəbindən ləğv edilən qolu zaman düşüncələri haqda da danışıb: “Sterlinqin qolundan sonra ağlımdan çox şey keçdi. məyusluq çox böyük idi, amma qərar dəyişdi. Futbolu buna görə sevirik”.

Qeyd edək ki, “Tottenhem” iki oyunun nəticəsinə əsasən (1:0, 3:4) səfər qolu sayəsində növbəti mərhələyə yüksəlib.

//qol.az