19 yaşlı qız eybəcər olduğunu düşünüb, özünü asdı – FOTO

11:36 | 18 Aprel, 2019

Özünü gözəl hesab etməyən yeniyetmə intihar edib.

Görünüşü ilə bağlı özgüvən əksikliyi yaşayan 19 yaşlı qızın cansız bədəni tapılıb.

Londonda yaşayan Shante Stephensonun ən böyük arzusu aktrisa olmaq idi. Rəfiqələrinin dediyinə görə, Şante həmişə gözəl məşhurlara həsədlə baxırdı.

Görünüşündən narazı olan Şante özünü asaraq öldürüb. Onun cansız bədənini tapan atası dəhşətə gəlib.

Qeyd edək ki, Şante özünü asmazdan əvvəl bir neçə dəfə intihara cəhd edib.

//Editor.az