Sudanın sabiq prezidenti həbsə göndərildibackend

Sudanın sabiq prezidenti həbsə göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda 30 il dövləti idarə edən keçmiş prezident Ömər əl Bəşir çevrilişlə hakimiyyətdən endirikən əl Bəşir bir həftə sonra, bu gün paytaxt Hartumdakı “Kobar” həbsxanasına göndərilib.

Bəşir bu günə qədər prezident sarayında ev həbsində olub. Sudanda aylarla davam edən etiraz aksiyaları prezidentin devrilməsi ilə nəticələndi. Bəşir devrildikdən sonra harada olduğu barədə heç bir açıqlama verilməmişdi. Çevrilişdən sonra hakimiyyəti ələ alan müvəqqəti Hərbi Şura keçmiş hökumətin nazirlərini də həbs edib.

//ölkə.az