Bakıda metroda sevgilisini bıçaqlayan gəncdən YENİ XƏBƏRbackend

Bakıda metroda sevgilisini bıçaqlayan gəncdən YENİ XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda metroda sevgilisini bıçaqlamaqda təqsirləndirilən Vahid Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Editor.az-ın “Report”a istinadla verdiyi xəbərə görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim İlham Mahmudovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib.
Xatırladaq ki, V.Abddulayev ötən il sentyabrın 4-də Bakı Metropoliteninin “Nəsimi” stansiyasının platformasında 1972-ci il təvəllüdlü Elnarə Quliyevanı bıçaqlayıb. Hadisə yerindən qaçmağa cəhd edən V.Abdullayev daha sonra saxlanılıb.
Məlumatda görə, o, E.Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə qısqanclıq zəminində baş verib.