Zelenski Poroşenkonun əlinin kəsilməli olduğunu söylədibackend

Zelenski Poroşenkonun əlinin kəsilməli olduğunu söylədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenski Ukrayna prezidenti Petro Poroşenkonun əlini sıxa bilmək imkanını itirməkdən qorxduğunu söyləyib.

Bu yaxınlarda çıxışlarından biri zamanı korrupsiya ilə məşğul olan vəzifəli şəxslərin əlini kəsəcəyini bildirən Poroşenkoya Zelenski zarafatla cavab verib.

“Poroşenko deyir ki, bütün oğruların əlini kəsdirəcək. Mən qorxuram onunla görüşən zaman sıxmağa əl tapmayam, onun əlini sıxmaq fürsətini itirməkdən qorxuram”,- deyə o rəqibinə söz atıb.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin ilk turunun rəsmi nəticələrinə əsasən seçkilərin ikinci turunda şoumen Vladimir Zelenski və hazırkı dövlət başçısı Pyotr Poroşenko mübarizə aparır. Seçkilərin birinci turunda seçicilərin 30,24 faizi Zelenskiyə səs verib. Poroşenko isə 15,95 faiz səs

//oxu.az