backend

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə həmsədrlər də qatılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın Avstriyada nəzərdə tutulan görüşündə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədr İqor Popov da iştirak edəcək.
bu barədə RİA “Novosti”-yə Rusiya xarici siyasət idarəsindəki mənbə məlumat verib.
Mənbə hazırda görüşün təşkili üzərində iş aparıldığını bildirib.
isə görüşə hər üç həmsədr qatılacaq. İqor Popovla yanaşı, fransalı həmsədr Stefan Viskonti və amerikalı həmsədr Riçard Hoqland da danışıqlarda iştirak edəcəklər.
Qeyd edək ki, iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçriləcəyi gözlənilir.
 
//APA