Özəl qəbiristanlıqlar yaradılacaq – Rusiyada

11:23 | 19 Aprel, 2019

Rusiyada özəl qəbiristanlıqlar yaradılacaq.

müvafiq sənəd Tikinti və Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanır.

Burada söhbət dövlət-özəl tərəfdaşlığından gedir. Belə ki, “Dəfn işləri” haqqında yeni qanun özəl şirkətlərə dövlət torpağında yeni qəbiristanlıqlar yaratmaq imkanı verir.

Bildirilir ki, xüsusi reyestrdən keçən şirkətlər dəfn xidmətləri göstərə biləcək.

//Trend