Yaralı tələbələrin vəziyyəti necədir? – Rəsmi açıqlamabackend

Yaralı tələbələrin vəziyyəti necədir? – Rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, qəza zamanı mikro avtobusda 28 nəfər olub. “Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun maneəyə çırpılması nəticəsində Sumqayıt Dövlət Universitetinin 17 tələbəsi yaralanıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi yardım Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın baş həkimi Rauf Sadıqov AzVision.az-a bildirib ki, yaralılardan 7 nəfəri qız, qalanları isə oğlandır.
“Hamısı tələbədir. Onlardan 14-ü stansionar, 3-ü isə ambulator müayinəyə cəlb edilib. Vəziyyətləri orta ağırdır. Müxtəlif bədən xəsarətləri alıblar.
Qəza zamanı 5 tələbə dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, 4 yaralı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onlardan biri xəstəxanaya gətirilən kimi ölüb. Yaralıların ikisinin vəziyyəti ağır olaraq qalır.
Sumqayıt Təcili Tibbi yardım Xəstəxanasına yerləşdirilən yaralılardan 3 nəfər Travmotologiya, 6 nəfər Neyrocərrahiyə, 2 nəfər Reanimasiya, 3 nəfər Cərrahiyə şöbəsinə yerləşdirilib, 2 nəfərə isə ambulator yardım göstərilib.
Xırdalan xəstəxanasına isə 4 nəfər aparılıb. Onlardan ikisi dünyasını dəyişib. Bir nəfər hazırda xəstəxanadadır, bir yaralı isə ambulator müayinəyə buraxılıb.
Hazırda tibbi yardımın təşkili şöbəsinin mütəxəssisləri yaralılara lazımi yardım göstərmək, hadisə ilə yaxından tanış olmaq üçün xəstəxanalar üzrə ezam olunublar.