İstanbulda Qaşıqçının ölümündə şübhəli bilinən cəsus saxlanıldıbackend

İstanbulda Qaşıqçının ölümündə şübhəli bilinən cəsus saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda ərəb əsilli 2 casus tutulub.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, hər iki casus Birləşmiş Ərəb Əmirliyinin vətəndaşıdır. Onlardan birinin müxalif səudiyyəli jurnalist Camal Qaşıqçının ölümündə əli olduğu ehtimal edilir.

Casusların saxlanılması əməliyyatı ilə bağlı əlavə məlumat verilmir.

Qeyd edək ki, Amerikanın “The Washington Post” qəzetində işləyən Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının konsulluğunda öldürülüb. Jurnalistin cəsədi bugünə qədər tapılmayıb.

modern.az