QADIN SÜRÜCÜNÜ TƏHQİR EDƏN BU HARIN KİMDİR? – “İcra başçısının əmisi oğludur” (VİDEO)backend

QADIN SÜRÜCÜNÜ TƏHQİR EDƏN BU HARIN KİMDİR? – “İcra başçısının əmisi oğludur” (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə yayılmış daha bir video qızğın müzakirə mövzusudur.

“AzPolitika.info” xəbər verir ki, videokadrlarda qadın və kişi sürücü arasında mübahisə əks olunub. Belə məlum olur ki, yol nəqliyyat hadisəsindən sonra kişi sürücü maşınından düşərək qadın sürücüyə hücum çəkir və onu ən yaramaz söyüşlərlə təhqir edir.

Bəzi sosial şəbəkə istifadəçiləri iddia ediblər ki, hadisə Sumqayıtda bulvar yaxınlığında baş verib.

Videoya yazılmış şərhlərdə də istifadəçilər kişinin davranışındakı həyasızlığa və özünə inam hissinə təəccüblənirlər.  Təsadüf deyilmiş – belə ki, qadın sürücünü nalayiq sözlərlə təhqir edən  bu adam Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun əmisi oğlu Novruz Fərəcovdur.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə məmurları və onların ailə üzvlərini sadə olmağa və vətəndaşlarla hörmətlə davranmağa çağırıb. Ələlxüsus, dövlət başçısı məmurlara tövsiyə edib ki, vətəndaşlara xidmət etdiklərini unutmasınlar.

Картинки по запросу zakir fərəcov

Nazirlər Kabinetinin iclaslarından birində çıxış edərkən Azərbaycan Prezidenti xüsusi olaraq qeyd etmişdi ki, bəzi vəzifəli şəxslərin uşaqları özlərini həyasızcasına aparır, insanları təhqir edir, özlərini idarə edə bilmirlər: “Onlara cəmiyyətdə bu statusu kim verib?! Onların ümid etdikləri şəxsləri vəzifəyə mən təyin etmişəm. Lazım bilsəm, elə özüm də vəzifədən azad edəcəyəm. Əgər bir də eşitsəm ki, hansısa ailənin üzvü xuliqanlıq edir, özünü nalayiq aparır, həmin adam həbs ediləcək, atası isə vəzifəsindən uzaqlaşdırılacaq. Qoy bunu hamı bilsin!” – İlham Əliyev bildirmişdi.

Belə görünür, Fərəcovun yaxınları o qədər harınlayıb ki, artıq prezidentin xəbərdarlıqları belə bunlara təsir etmir!

//Azpolitika.info