Azərbaycanın müxtəlif bölgələrinə qar yağdı – FOTObackend

Azərbaycanın müxtəlif bölgələrinə qar yağdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lerik rayonuna güclü qar yağıb.

Bu barədə Trend-ə Lerik rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, rayon ərazisinə qar aprelin 19-dan yağmağa başlayıb:

“Şəhər ərazisində qarın hündürlüyü 3-4 santimetr, dağlıq ərazilərdə isə 10-15 santimetrə çatıb. Hazırda qar yağmaqda davam edir”.

İsra Hakimiyyətindən onu da bildiriblər ki, qarın yağması rayon ərazisində güclü şaxta ilə nəticələnməsə də, təsərrüfata ziyansız ötüşməyib: “Yağan qarın əsasən çiçəkləyən meyvə ağaclarına ziyan vurduğunu deyə bilərik. Yolda, kəndlərlə əlaqədə heç bir problem yaranmayıb”.

Əldə etdiyimiz məlumata görə, bu gecə Şimal və Aran bölgəsinə də güclü qar yağıb.

//Editor.az