Regionlarda gənc qadınların sosial-ictimai fəaliyyətləri gücləndirilir

16:46 | 30 İyun, 2017

“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda gənc qadınların sosial-ictimai fəaliyyətlərinin gücləndirilməsi üçün maarifləndirici seminarların keçirilməsi” adlı layihəsi davam edir.
Bu məqsədə çatmaq üçün aşağıdakı vəzifələr həyata keçiriləcəkdir;
· Gender bərabərliyinə dair qanunvericiliyin təbliği;
· Şabran rayonunda və ətraf kəndlərdə gənc qadınların sosial-ictimai və yerliözünüidarəetmə sahəsində maariflənmələri üçün seminarlar həyata keçirmək;
· Qanunvericiliyin müddəalarının izah edilməsi;
· Qadınların inkişafına nail olmaq
· Gender bərabərliyi mədəniyyətinin təbliği
Layihə 3 ay müddətində Şabran rayonunda keçirilir. Layihədə 150 gənc qadın iştirak edir. Ümumilikdə 6 seminardan ibarətdir.
Təşkilatın sədri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən layihənin məqsədi Şabran rayonunda gənc qadınların sosial-ictimai fəaliyyətlərinə dəstək üçün, onların sosial-ictimai həyatda rolunu balanslaşdırmaq, gender bərabərliyinə nail olmaq və onların fəaliyyətlərini aktivləşdirmək üçün aparıcı mütəxəssislər cəlb olunmaqla maarifləndirici seminarların keçirilməsi nəzərdə tutulur.
Mətbuatda aparılacaq maarifləndirmə işləri və təbliğat xarakterli materiallar, ölkənin digər regionlarının qadın qruplarına, vətəndaş cəmiyyəti fəallarına və bu sektorla maraqlanan digər şəxslərə də öz müsbət təsirini göstərəcək və onlar dolayısı yolla bəhrələnəcəklər.
Layihədən bəhrələnənlər maarifçiliklə məşğul olmaq təcrübəsi qazanaraq, icma qrupları yaradıb, işlərini davam etdirmək imkanına malik olacaqlar. Beləliklə, onlar hətta öz aralarında şəbəkə quraraq geniş bir kompaniyanın iştirakçısı olacaqlar.