Leonid Kuçma: “Ukraynanın yeni prezidentinə yazığım gəlir”backend

Leonid Kuçma: “Ukraynanın yeni prezidentinə yazığım gəlir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynanın keçmiş prezidenti Leonid Kuçma prezident seçkilərinin ikinci turunda səs verib.
Virtualaz.org “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, siyasətçi seçki məntəqəsinə həyat yoldaşı ilə birlikdə gəlib. O bildirib ki, ölkənin gələcək prezidentinə yazığı gəlir, belə ki, yeni dövlət başçısı işinə o qədər də yaxşı şəraitdə başlamayacaq.
“Yaxşı anlayırsınız: sonu görünməyən müharibə, parçalanmış Ukrayna, defolt astanasında iqtisadiyyat – bütün mövcud problemləri sadalamayacağam”, – Kuçma deyib.
O, yeni liderə az vədlər verməyi və çox iş görməyi məsləhət görüb. Eks-prezident əlavə edib ki, əsas şərt səmimi və xalq qarşısında vicdanlı olmaqdır.