Naqif Həmzəyev: Ukraynada səsvermə xırda problemləri çıxmaq şərti ilə yaxşı təşkil olunubbackend

Naqif Həmzəyev: Ukraynada səsvermə xırda problemləri çıxmaq şərti ilə yaxşı təşkil olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada prezident seçkilərinin ikinci turunda səsvermə prosesi xırda texniki problemləri çıxmaq şərti ilə çox yaxşı təşkil olunub.

Bu fikri açıqlamasında Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində səsvermə prosesini izləyən Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev söyləyib.

Onun sözlərinə görə, məntəqələrdə seçici fəallığı müşahidə edilir. AŞPA müşahidə missiyası 20-dən çox məntəqədə olub. Daha bir məntəqədə bülletenlərin sayılması prosesini izləyəcəklər.

N.Həmzəyev bildirib ki, sabah səhər AŞPA müşahidə missiyası seçkilərlə bağlı yekun münasibətini açıqlayacaq.

//AzərTac