İranın Ərdoğana verdiyi hesabatda HANSI SİRLƏR VAR? – ABŞ kəşfiyyatı və MOSSAD HƏRƏKƏTƏ KEÇDİbackend

İranın Ərdoğana verdiyi hesabatda HANSI SİRLƏR VAR? – ABŞ kəşfiyyatı və MOSSAD HƏRƏKƏTƏ KEÇDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ kəşfiyyatı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Türkiyə səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğana verdiyi deyilən hesabatın arxasındadır.

Bu haqda “Habertürk”ün yazarı Sərdar Turqut bildirib.

Onun sözlərinə görə, bütün Amerika kəşfiyyatı bu hesabat üçün hərəkətə keçib.

Xəbər verildiyi kimi, Məhəmməd Cavad Zərif Dəməşqdə Bəşər Əsədlə görüşdən sonra Ankaraya gəlmiş və türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşmüşdü. İranın xarici işlər naziri keçirilən birgə mətbuat konfransında Əsədlə görüş haqqında prezident Ərdoğana bir hesabat təqdim edəcəyini söyləmişdi. Türkiyəli yazarın sözlərinə görə, ABŞ kəşfiyyatı Astana formatının üzvləri olan Türkiyə və İranın Suriya mövzusunda nələri danışdığını, həmçinin Əsəd ilə keçirilən görüşün məzmununu öyrənmək istəyir.

“Məsələnin Suriya ilə bağlı olması qətidir ABŞ məlumatları Rusiyanın ondan əvvəl alacağına əmin olduğu üçün yüksək səviyyədə narahatlıq keçirir”, – Sərdar Turqut yazıb.

Onun sözlərinə görə, amerikalılar xüsusilə, Fəratın şərqi ilə əlaqədar yeni bir qərarın qəbul olunub-olunmadığı ilə maraqlanırlar. Söhbət qəbul olunacaq qərarın ABŞ-ın əməkdaşlıq etdiyi YPG/PYD terror təşkilatına necə təsir edəcəyindən gedir.

Yazar qeyd edir ki, bəzi mənbələr ABŞ-ın İrandakı MOSSAD-ın (İsrail kəşfiyyatı –red.) varlığından istifadə edərək məlumat almaq istədiyini bildirirlər.