Bakıda azyaşlı oğlanı zorlamaq istəyən seksual manyakla bağlı – YENİ XƏBƏRbackend

Bakıda azyaşlı oğlanı zorlamaq istəyən seksual manyakla bağlı – YENİ XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl Bakıda azyaşlı oğlanı zorlamağa çalışan şəxsin işi Ali Məhkəməyə göndərilib.

Ramil Sadıqov adlı şəxs azyaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib. Uşağın valideynlərinin hadisədən xəbər tutub. Şikayət əsasında Ramil Sadıqov saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Ramil Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə R.Sadıqov 2 il 2 ay 28 gün azadlıqdan məhrum edilib. Cəzanın ağırlaşdırılmasını istəyən uşağın valideynləri daha sonra apelyasiya şikayəti verib. Qərar dəyişmədiyi üçün onlar bu dəfə Ali Məhkəməyə üz tutub. İşə Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq.

///News24.az