Bakıda quldurluq – Qadının sırğalarını zorla qulağından çıxarıb, çantasını əlindən aldılar

12:46 | 22 Aprel, 2019

DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini S.Əliyeva aprelin 20-də Pirşağı qəsəbəsi ərazisində

naməlum şəxsin ona qarşı zor tətbiq edərək qulağındakı qızıl sırğaları çıxardığını və içərisində şəxsiyyət vəsiqəsi, diplom, maaş kartı və 2 ədəd mobil telefon olan çantanı aldığını bildirib.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədov qısa müddətdə saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az