Sabah Azərbaycanda 18 dərəcəyədək isti olacaqbackend

Sabah Azərbaycanda 18 dərəcəyədək isti olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman olacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, havanın temperaturu gecə 3-5° isti, gündüz 10-15° isti, Bakıda gecə 3-5° isti, gündüz 13-15° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 45-55% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.