Heydər Əliyev Fondunun nümayəndələri Hüseynə baş çəkdilərbackend

Heydər Əliyev Fondunun nümayəndələri Hüseynə baş çəkdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri bu gün 1 saylı Klinik Xəstəxanada olaraq, Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 4 yaşlı uşaq – 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna baş çəkiblər. 
Fondun Mətbuat xidmətindən Editor.az-a verilən məlumata görə, xəsarət alan uşağın bundan sonrakı müalicəsində, eyni zamanda üz nahiyəsində müəyyən əməliyyatlara ehtiyac olduğu halda RİİB tərəfdən dəstək göstəriləcəyi bildirilib.
Xatırladaq ki, küçədə itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb. Məlumata görə, it quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.