backend

Moskvada qasırğa olub, 3 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Moskva vilayətində baş verən qasırğa zamanı 3 nəfər ölüb, azı 5 nəfər xəsarət alıb.
bu barədə “lenta.ru” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadə məlumat verib. Bildirlir ki, şiddətli külək zamanı yük maşınındakı beton çarxı düşüb və iki nəfərin üstündən keçib. Onlardan biri hadisə yerində, digəri isə təcili tibbi yardım maşınında ölüb. Daha bir nəfər ildırım çaxması nəticəsində həyatını itirib.
Moskva şəhərində 3 nəfərin xəsarət alması barədə məlumat var.
Moskva vilayətinin Ramenskiy kəndində 58 və 69 yaşlarında iki qadın xəsarət alıb. Bunların ilkin rəqəmlər olduğu və rəqəmlərin dəyişə biləcəyi bildirilir. Rusiya Energetika Nazirliyinin məlumatına əsasən Moskva şəhəri və Moskva vilayətində baş verən hadisə nəticəsində 4,4 min nəfər elektrik enerjisi təchizatından məhrum olub.
//APA

Facebook Notice for EU! You need to login to view and post FB Comments!