Bakıda gənc qızın klinikada müəmmalı ölümü: günahkar “Baku Medical Plaza”dır?backend

Bakıda gənc qızın klinikada müəmmalı ölümü: günahkar “Baku Medical Plaza”dır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 18-də Bakıda 1992-ci il təvəllüdlü Gülyaz Hacıyevanın keçirdiyi burun əməliyyatından sonra gecə saatlarında vəfat etdiyi barədə məlumat vermişdik.

Onun yaxınlarının Trend-ə verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub.

İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.

Aprelin 17-də baş tutan sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, gənc qızın əməliyyatı “Baku Medical Plaza”da həyata keçirilib. Lakin mətbuatda bununla bağlı dərc edilən məqalələrdə klininkanın adı yer almayıb. Bu isə ictimaiyyətdə maraq doğurduğundan, gənc qızın ölümü müammalı qalır.

Onu da qeyd edək ki, “Baku Medical Plazanın” şəhərin mərkəzində və Babək prospektində yerləşən filialı fəaliyyət göstərir. Hadisənin konkret hansı tibb müəssisəsində baş verdiyi məlum deyil.

Klinikanın rəsmi saytında göstərilən telefon nömrələrinə zəng edərək xəbəri dəqiqləşdirməyə çalışan AFN.az mətbuatla bağlı yetkili olduğu deyilən Aysel xanımla əlaqə yaratmaq mümkün olmayıb.

Hər bir halda klinikanın mövqeyini dərc etməyə hazırıq.

//Minval.info