Nəsimi rayonunda Çernobıl əlilləri ilə görüş keçirilib – Fotobackend

Nəsimi rayonunda Çernobıl əlilləri ilə görüş keçirilib – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hər il aprel aynın 26-da MDB, həmçinin Şərqi Avropanın bir sıra ölkələrində 20-ci əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş qəzanın ildönümü qeyd olunur.
Editor.az xəbər verir ki, stansiyada baş vermiş partlayış və yanğın nəticəsində yaranmış radioaktiv bulud Şərqi Avropanın böyük bir hissəsini bürüyüb, həmçinin cənub istiqamətində hərəkət edərək böyük bir ərazini radioaktiv maddələrlə zəhərləyib.
Bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının ildönümü ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyi ilə qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinlərinin görüşü keçirilib. Mərasimdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçı Asif Əsgərov bildirib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurub. Hadisə nəticəsində 7 min insan həlak olub, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub.
Ukrayna və Belarusda 300 min nəfər öz yaşayış yerlərini tərk ediblər. II Dünya müharibəsi illərində Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılmış atom bombalarının fəsadlarına bərabər tutulan bu qəzanın nəticələrinin aradan qaldırılması SSRİ-nin bütün respublikalarından minlərlə insan cəlb olunub.
Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra, 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalayıb və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artıb.
Tədbirdə Çernobılçılar adından çıxış edən cəmiyyətin Nəsimi rayon təşkilatının sədri Xələf Həsrətov bildirib ki, o vaxtlar sovet hakimiyyəti Qərb dövlətlərinə öz gücünü nümayiş etdirmək məqsədilə bu faciənin fəsadlarını gizli saxlamağa çalışıb.