Azərbaycanda məktəbli qız dünyaya uşaq gətirdibackend

Azərbaycanda məktəbli qız dünyaya uşaq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbin şagirdinin uşaq dünyaya gətirdiyi iddia edilib.
Editor.az-ın xəbərinə görə, bu barədə “Ölkə.Az”ın redaksiyasına daxil olan məlumatda qeyd edilir ki, məktəblinin Sumqayıt şəhər 1 saylı doğum evində dünyaya gətirdiyi uşaq tələf olub.
İddialara aydınlıq gətirmək üçün 21 nömrəli məktəbin direktoru Vladim İbrahimovla əlaqə saxlanılıb.
Direktor belə bir hadisədən xəbərdar olmadığını bildirib.
1 saylı doğum evindən isə qeyd edilib ki, baş həkim Təranə Rəcəbli məşğul olduğu üçün sualları cavablandıra bilmir.