backend

Ağcabədidə silah-sursat aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 30-u, saat 19:41-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi ərazisində minanın aşkar olunması barədə məlumat daxil olub.
Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 ev və həyatyanı sahəyə baxış keçirilib, 1 ədəd tank əleyhinə TM-62 minasının partladıcısı (MVZ-62) və 2 ədəd UZRQM partladıcısının priotexnik patronu aşkar edilərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Ərazidə əməliyyat növbəti gün də davam etdiriləcəkdir.