Vüqar Əsgərov Latviyada dubl edib bombardir oldu

11:38 | 24 Aprel, 2019

Futbol üzrə Latviya çempionatında 7-ci turun oyunları keçirilib.

Azərbayacanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Spartak”la üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.
Azərbaycanlı futbolçulardan ikisi – Vüqarla Tural da bu matçın iştirakçısı olub. Onlar start heyətdə meydana çıxıb. Əsgərov sonadək oynadığı halda, Bayramlı 56-cı dəqiqədə əvəzlənib. Elvinin adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib.

//futbolinfo