Avtobus yük maşınına çırpıldı: sürücü öldü – İrandabackend

Avtobus yük maşınına çırpıldı: sürücü öldü – İranda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın cənubunda Kirman vilayətində avtobus yük maşını ilə toqquşub.

Bunu İranın Kirman vilayəti təcili yardım mərkəzinin rəhbəri Məhəmməd Sabiri deyib.

M.Sabirinin sözlərinə görə, hadisə nəticəsində sürücü həlak olub, 11 nəfər yaralanıb.

Yaralılar arasında 4 Pakistan vətəndaşı olub.

Avtobus İranın Sistan və Bəluçestan vilayətinin Çabəhar şəhərindən Tehran istiqamətində hərəkət edirmiş.

//Trend