Bakıda keçmiş məhkum dostunu öldürmək istədibackend

Bakıda keçmiş məhkum dostunu öldürmək istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham olunan Qəbələ rayon sakini Nemət Alcanovun cinayət işi üzə məhkəmə prosesi davam edir.

Təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə baxış iclası hakim Azər Paşayevin sədrliyi ilə aprel ayının 26-da keçiriləcək.
Qeyd edək ki, ötən il noyabrın 29-da səhər saat 5 radələrində Ağcabədi rayon sakini Nüsrət Aslanov Nəsimi rayonu ərazisindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dostunu bıçaqlamaqda şübhəli bilinən Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş N.Alcanov saxlanılıb.

Onun barəsində Cinayət Məəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

  ölkə.az