Tanınmış jurnalist Xalidə Bayramova haqda yazdı: “Birbaşa işi hadisəni araşdırmaqdır”backend

Tanınmış jurnalist Xalidə Bayramova haqda yazdı: “Birbaşa işi hadisəni araşdırmaqdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən Xalidə Bayramovanı xeyriyyəçi fəaliyyətindən tanıyıram. Xəstə, yardıma ehtiyacı olan insanların müraciətləri məşğul olub kömək etməyə çalışırdı. Dəfələrlə şahidi olmuşam”.

Editor.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist İlhamiyyə Rza sosial şəbəkələrdə 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı gedən müzakirələr zamanı yazıb. O qeyd edib ki, Səbail rayon İcra Hakimiyyəti başçısının I müavini Xalidə Bayramovanın mediada yayılan açıqlaması ilə tanış olub və onun verdiyi cavablar məntiqli və ağlabatandır:

“Mən gördüyümü deyirəm. Günlərdir burada görməzə bilməzə hökm çıxarırlar adam haqqında. O uşaq təşkilatının rəhbəridir. Birbaşa işi hadisəni araşdırmaqdır. Hər halda bu çəkilişlər onun ziyanına olsa belə, istintaqa faydalı olduğunu düşünürəm. Burda günahkarlar çoxdur. Mən hər kəsin öz günahına cavab verməsinin tərəfdarıyam. Direktor, həkim, müəllim və s. O cümlədən, Xalidə xanım da öz əməllərinə görə cavabdehdir”.

//Editor.az