Sevda Yahyayevanın prodüseri danışdı: Yalan deyir…backend

Sevda Yahyayevanın prodüseri danışdı: Yalan deyir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Sevda Yahyayeva ögey atasının səsləndirdiyi ittihamlara cavab verib.

sənətçinin 11 illik prodüseri Pərviz Əsgərov “qafqazinfo”ya açıqlama verərək məsələyə aydınlıq gətirib. Prodüser həmin şəxsin “Səni axtarıram” proqramında yalan danışdığını qeyd edib:

“O, iddia edir ki, Sevda Yahyayevanı “Yeni ulduz” müsabiqəsinə 15 həftə aparıb.  Bu, yalan söhbətdir.  Sevda xanım müsabiqə dövründə metro və avtobusdan istifadə edərək çəkilişlərə özü gedib-gəlib. Bunu sözügedən müsabiqənin əməkdaşları, iştirakçılarından öyrənə bilərsiz. Sadəcə olaraq həmin şəxs efirdə özünü elə təqdim edir ki, guya Sevda xanım üzərinə böyük əməyi var, lakin qarşı tərəf onu axtarmır. 

11 il Sevda xanımla çalışmışam. Bu insan 15 il əvvəl Qobuda market rəhbəri olub. Həmin mağazada Sevda xanımın anası satıcı kimi çalışırdı. Sevda isə məktəbdən çıxıb mağazada anasına kömək edirdi. Həmin adam qışın soyuq ayında belə mağazada soba işlətməyə icazə vermirdi. Sevdagil soyuq aylarda üşüyə-üşüyə çalışırdı. Sözüm ondandır ki, Sevda heç vaxt onun üzərinə qışqırmayıb, evindən qovmayıb. Belə bir şey necə ola bilər? Onun xasiyyətində belə şeylər yoxdur. Çıxıb efirdə deyir ki, evlərini təmir etmişəm, bu da yalandır”. 

Prodüser qeyd edib ki, Nuriyyə xanım (Sevdanın anası) həmin şəxslə evli olmayıb:

“Sevdanın anası çox utancaq biridir, evinə qonaq gələn birinə utanaraq salam verir. Sevda da anasına bağlı bir insandır. Evə bağlı biridir, ana-bala bağlılığı var. O, iddia edir ki, Sevda anasını qulluqçu kimi saxlayır. Heç bir ana evində qulluqçu deyil. Müğənniyə şər-böhtan atmaq olmaz. Sevda deyir ki, mövzu barədə fikir bildirməyəcəm, onların Allahı və özü bilər. O insan Sevdanın anası ilə evli olmayıb, belə söhbət yoxdur. 12 ildir ki, Sevdanı tanıyıram, həmin adamı onlarda görməmişəm. Biz qonşu olmuşuq, ailəvi dostluğumuz var. Həyatım boyu həmin şəxsi tanımamışam”.