Bakının məşhur mağazasında erməni mahnısı – Video

13:02 | 25 Aprel, 2019
Bakıda yerləşən “Bonita” adlı geyim mağazasında erməni mahnısı səsləndirilib. 
Editor.az xəbər verir ki, həmin anı  lentə alan jurnalsit Könül Aypara videonu sosial şəbəkədə yerləşdirilib. Görüntülər “Bonita”nın “İnşaatçılar” metrostansiyası yaxınlığında yerləşən mağazasında lentə alınıb.
Jurnalist bildirib ki, həmin vaxt mağaza əməkdaşlarına irad bildirib. Ancaq onlar müştərinin etirazına əhəmiyyət verməyiblər, hətta onun iradına kobud reaksiya da veriblər. Belə ki, “Bonita”nnın əməmkdaşları “Onsuz da kefimiz yoxdur, siz də qanımızı qaraldırsınız” deyərək, jurnalistə reaksiya veriblər.
Qeyd edək ki, mağazada səsləndirilən “Mi Gna” adlı mahnını Sako adlı erməni müğənni ifa edir. Bəstənin sözləri də Artak Aramyana məxsusdur.