Ermənistanda azərbaycanlı əsirin vəziyyəti pisləşdi – Əməliyyat edildibackend

Ermənistanda azərbaycanlı əsirin vəziyyəti pisləşdi – Əməliyyat edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il martın 15-də Qazax rayonunun Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində əsir götürülmüş və hazırda həbsdə saxlanılan Elvin İbrahimovun səhhətində problem yaranıb.

O, aprelin 24-də Erebuni Tibb Mərkəzində mədəsindən əməliyyat olunub. Lakin onun xəstəliyi barədə məlumat verilməyib.

Ermənistanın Ədliyyə Nazirliyindən bildirilib ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də məlumatlandırılıblar.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü, Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olan və dəfələrlə müalicə almış, II qrup əlil İbrahimov Elvin Arif oğlu evdən işə getmək adı ilə çıxıb və sərhəd xəttində yolu azıb. Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb və əsir götürülüb.

//qafqazinfo