Ermənilərin Belçikada soyqırımlarla bağlı qanuna düzəliş səyləri boşa çıxdıbackend

Ermənilərin Belçikada soyqırımlarla bağlı qanuna düzəliş səyləri boşa çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçika erməni icmasının soyqırımların təkzib edilməsi üçün cinayət məsuliyyəti nəzərdə tutan qanuna düzəliş səyləri iflasa uğrayıb.

aprelin 25-də Belçika Federal Parlamenti tərəfindən Ruanda, Kamboca və keçmiş Yuqoslaviyada törədilmiş soyqırımların təkzib edilməsi üçün cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul edilib.

Belçika erməni icmasının və onun təsiri altında olan parlamentarilərin güclü təzyiqlərinə baxmayaraq, qondarma “erməni soyqırımının” yeni qanunla əhatə edilmiş soyqırımlar siyahısına daxil edilməsi səyləri uğursuzluğa düçar olub.

Belə ki, fransızdilli DéFİ (Demokrat, Federalist və Müstəqillər) və CDH (Xristian-Demokrat Mərkəzi) partiyaları tərəfindən bu xüsusda təqdim edilmiş düzəliş təklifi 2019-cu il aprelin 24-də (qondarma soyqırımın ildönümü kimi qeyd olunan tarixdə) Belçika Federal Parlamentinin Ədliyyə Komissiyasında müzakirələr nəticəsində rədd edilib.

Məsələyə münasibət bildirən Belçika ədliyyə naziri Kun Qens ölkə qanunvericiliyini Avropa İttifaqı və Avropa Şurasının hüquqi təlimatlarına uyğunlaşdırmaq məqsədilə, yeni qanun layihəsinə yalnız beynəlxalq yurisdiksiya çərçivəsində barəsində yekun qərar qəbul edilmiş soyqırımların daxil edildiyini, “erməni soyqırımı” ilə bağlı isə belə bir qərarın olmadığını vurğulayıb.

//Oxu.Az