Bakıda ərəb turisti aldatdılarbackend

Bakıda ərəb turisti aldatdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail rayon Polis İdarəsinin əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Səudiyyə Ərəbistanından olan turisti aldatmış Abşeron rayon sakinini saxlayıb.

Bu barədə Səbail rayon Polis İdarəsindən məlumat verilib.
Aprelin 24-də 1984-cü il təvəllüdlü Əlxasim Racai Məhəmməd 100 ABŞ dollarını manata dəyişmək istəyib. Yaxınlıqda olan bir cavan ona kömək etməyi təklif edib. Ancaq 100 dollarlıq əskinası götürərək, aradan çıxıb. Xarici vətəndaş onu bir qədər gözlədikdən sonra polisə müraciət edib.

Əməliyyatçılar dələduzu qısa zamanda taparaq saxlayıb. Həmin şəxsin 30 yaşlı Nazim Cavadov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

//Oxu.Az