Yunanıstana məxsus təyyarə Moldovanın hava məkanını pozaraq Kişineu aeroportuna enibbackend

Yunanıstana məxsus təyyarə Moldovanın hava məkanını pozaraq Kişineu aeroportuna enib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın “Bluebird Airways” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi aprelin 25-də Moldovanın hava məkanına icazəsiz daxil olaraq Kişineu Beynəlxalq Aeroportuna enib.

Moldova Sərhəd Polisinin rəisi Fredolina Lekarya baş verən insidentə görə hüquq-mühafizə orqanları tərəfindən qanuna uyğun olaraq müvafiq qərar veriləcəyini bildirib.

Təyyarə hava limanında saxlanılıb, araşdırmalara başlanılıb. Bildirilir ki, göyərtəsində yalnız ekipaj üzvlərinin olduğu layner Buxarestdən icazəsiz uçuş edib.

  //Editor.az