Yunanıstanın “Bluebird Airways” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi aprelin 25-də Moldovanın hava məkanına icazəsiz daxil olaraq Kişineu Beynəlxalq Aeroportuna enib.
Moldova Sərhəd Polisinin rəisi Fredolina Lekarya baş verən insidentə görə hüquq-mühafizə orqanları tərəfindən qanuna uyğun olaraq müvafiq qərar veriləcəyini bildirib.
Təyyarə hava limanında saxlanılıb, araşdırmalara başlanılıb. Bildirilir ki, göyərtəsində yalnız ekipaj üzvlərinin olduğu layner Buxarestdən icazəsiz uçuş edib.
//Editor.az