Bakıda Formula 2-nin birinci yarışı başladıbackend

Bakıda Formula 2-nin birinci yarışı başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin 2-ci günündə Formula 2 üzrə birinci yarışa start verilib.

yarışda iştirak edən 20 pilot təxminən bir saat ərzində 29 dövrə vurmalıdırlar.
Yarışda ən yaxşı adı uğrunda Luis Deletras, Nobuharu Matsuşita (“Carlin”), Nikita Mazepin, Nik de Vris (“Art Grand Prix”), Serxio Sette Kamara, Nikolas Latifi (“DAMS”), Quanyu Jou, Luka Qiotto (“Uni-Virtuosi”), Mik Şumaxer, Sean Qelael (“PREMA Racing”), Kallum İlott, Xuan Korrea (“Sauber”), Dorian Bokkolaççi, Cək Aitken (“Campos Racing”), Yordan Kinq, Manaveer Raqhunathan (“MP Motorsport”), Tatyana Kalderon, Antoni Hubert (BWT Arden), Culiano Alesi və Ralf Boşunq (“Trident”) mübarizə aparırlar.

Qeyd edək ki, dünən sıralanma turunda “Carlin” komandasının pilotu Nobuhari Matsuşita birinci olub. “ART Grand Prix” komandasının təmsilçisi Nik de Vris ikinci, “UNİ-Virtuosi”nin pilotu Luka Qiotti isə üçüncü yeri tutublar.

Xatırladaq ki, Formula 2 yarışlarında 2019-cu il mövsümündəki ilk mərhələdən sonra Luka Qiotto 37 xalla birincidir. İkinci pillədə Nikolas Latifi, üçüncü yerdə Serxio Sette Kamara qərarlaşıb.
Ümumilikdə Formula 2 pilotları arasındakı qalib 12 mərhələnin nəticələri əsasında məlum olacaq.

//Milli.Az