İzmirdə ağır yol qəzası: 7 ölü

10:13 | 28 Aprel, 2019

Türkiyənin İzmir şəhərində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

yol qəzası nəticəsində 4-ü uşaq olmaqla 7 nəfər həlak olub, bir nəfər isə ağır xəsarətlər alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə çox sayda polis, xilasedilic və təcili yardım briqadaları cəlb edilib.

Yol qəzası ilə bağlı araşdırma aparılır.

Trend

Mövzunu Facebookda şərh et