Zelenskiyə məsləhət verəcəyəm – Kolomoyskibackend

Zelenskiyə məsləhət verəcəyəm – Kolomoyski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümid edirəm ki, Zelenski yeni vəzifəsinin öhdəsindən gələcək.

Editor.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ukraynalı oliqarx İqor Kolomoyski deyib.

Rəsmi nəticələrdən sonra ölkəyə qayıdacağını təkrar edən Kolomoyski bəzi hallarda Zelenskiyə dəstək olduğunu da etiraf edib.

“Zelenskinin komandasının tərkibində olmaq niyyətində deyiləm. Uzağı, hansısa məsələdə məsləhət verərəm”, – oliqarx bildirib.

Qeyd edək ki, oliqarx İqor Kolomoyski Vladimir Zelenskinin himayədarı olaraq tanınır.