Səhiyyə Nazirliyi Bakıdakı ağır qəza ilə bağlı məlumat yaydıbackend

Səhiyyə Nazirliyi Bakıdakı ağır qəza ilə bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyi “Buta Palace” yaxınlığında sərnişin avtobusunun zibil daşıyan maşınla toqquşması nəticəsində xəsarət alan şəxslərlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinən  verilən məlumata görə, ümumilikdə xəstəxanaya 27 müraciət daxil olub.

Bildirilir ki, müraciət edən 27 nəfərdən yeddisi xəstəxanada saxlanılıb. Onlardan dördü reanimasiya şöbəsindədir.

Həkimlərin verdiyi məlumata görə, reanimasiya şöbəsindəki xəstələrin vəziyyəti orta-ağır olaraq qalır.

//oxu.az