Bakıda Dünya Kubokunun “qızılı”nı gürzlərlə hərəkətdə Dina Averina qazandıbackend

Bakıda Dünya Kubokunun “qızılı”nı gürzlərlə hərəkətdə Dina Averina qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda gürzlərlə hərəkətdə 22.500 xalla birinci yeri rusiyalı gimnast Dina Averina qazanıb.

Ikinci yerdə Arina Averina (Rusiya, 22.300), üçüncü yerdə Vlada Nikolçenko (Ukrayna, 21.400) qərarlaşıb.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başlayıb. Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilir.

Aprelin 26-dan start götürən turnirdə ümumilikdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır.

//Trend