Müdirini, arvadını və qızını öldürdü – Sonra intihar etdibackend

Müdirini, arvadını və qızını öldürdü – Sonra intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sakaryanın Ərənlər qəsəbəsindən dəhşətli cinayət baş verib.

İsmayıl Bozbay adlı şəxslə müdiri Əhməd Kuzqun arasında pul üstündə mübahisə düşüb. Nəticədə İsmayıl müdirini öldürüb.

O, daha sonra evinə gedərək həyat yoldaşı Aycanı namaz qıldığı yerdə qətlə yetirib. Adınca da 4 yaşlı qızı Serranı öldürüb, sonda isə intihar edib.

Polislər evdə araşdırma apararkən İsmayılın intihardan öncə yazdığı məktubu tapıblar. İsmayılın yazdığına görə, müdirindən pul alacağı olub. Lakin müdir pulu verməyəcəyini bildirikdən sonra silahla qorxutmaq istəyib. Bu zaman istəməyərək atəş açılıb və Əhməd Kuzqun ölüb. O məktubda qeyd edib ki, bu hadisədən sonra ailəsinin çətin vəziyyətdə yaşamaması üçün onları da öldürmək qərarına gəlib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.