Mədət Quliyev F1-in Bakı trekinin veloyürüşündə – FOTOLARbackend

Mədət Quliyev F1-in Bakı trekinin veloyürüşündə – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Formula 1 SOCAR Azərbaycan Qran Prisinin Bakı trekində veloyürüş keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX)  verilən məlumata görə, Bakıda dünyanın məşhur pilotlarının iştirakı ilə Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin əsas mərhələsi başlamamışdan əvvəl yarışların keçirildiyi Bakı trekində aprelin 28-də DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun təşkilatçılığı Formula 1 şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ənənəvi olaraq veloyürüş təşkil edilib.

Formula 1 yarışlarının şəhər trası növündə öz nadirliyi ilə seçilən Bakı trekində keçirilən veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli, həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun üzvləri iştirak ediblər.