“Ramil Şeydayevə haqq qazandırmıram” – “Krılya Sovetov”un baş məşqçisibackend

“Ramil Şeydayevə haqq qazandırmıram” – “Krılya Sovetov”un baş məşqçisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Premyer Liqasının 26-cı turunda “Zenit”ə səfərdə 2:4 hesabı ilə uduzan “Krılya Sovetov”un baş məşqçisi Miodraq Bojoviç açıqlama verib.

monteneqrolu mütəxəssis qarşılaşmada qırmızı vərəqə alan Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev barədə danışıb. O, futbolçusunu günahlandırmayıb:

“İlk sarı vərəqə epizodunda Şeydayev deyil, hakim emosiyalarını cilovlaya bilmədi. Ramilə haqq qazandırmıram. Niyə də bunu edim? Sadəcə, davaya rəqib oyunçu başladı. Şeydayev heç nə etməmişdi”.

Şeydayev 48-ci dəqiqədə “Zenit”in müdafiəçisi Məhəmməd Ozdoevlə mübarizə zamanı yerdə qalıb. Hakimə penalti təyin etmədiyi üçün etiraz edən Şeydayev rəqib futbolçu ilə də münaqişə edib və sarı vərəqə alıb.

//sportal.az