İçərişəhərdəki restoranın damında söküntü başladıbackend

İçərişəhərdəki restoranın damında söküntü başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İçərişəhərdə Qala divarları qarşısında tikilən restoranın damında söküntü işləri aparılır. 
Editor.az xəbər verir ki, BBC News Azərbaycancanın ərazidə olan müxbiri müşahidə edib ki, yarımçıq tikilinin bir neçə gün əvvəl betonlanmış ikinci mərtəbəsində fəhlələr hissələri sökərək aşağı atır.
Bu, 1-ci vitse-prezident Mehriban Əliyevanın keçən həftə İçərişəhər ərazisində BBC News Azərbaycanca müxbirinin sualına cavabdan sonra baş verib. Mehriban Əliyeva “İçərişəhərdə, qala divarlarının yanında indiyə qədər olan obyektlər hansı hündürlükdə idisə, o vəziyyətdə də olmalıdır” demişdi.
Müxbirlər cümə günü ərazidə olarkən tikintinin üst mərtəbəsində olan dəmir konstruksiyanın üzərinin beton örtüyü ilə bağlanıldığını görüb. Bu gün isə müşahidə edilib ki, həmin beton örtük fəhlələr tərəfindən sökülüb yerə tökülür.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu idarəsindən bunu nə təsdiq, nə də təkzib ediblər. Ancaq Qoruq əməkdaşlarından biri deyib ki, sökülən taxta restoranın yerində beton və dəmirdən restoran tikilir və onun üzərinə yemək xidməti üçün nəzərdə tutulmayan terras quraşdırılır.