Azərbaycan vətəndaşları daha çox Türkiyədə insan alverinin qurbanına çevrilirlərbackend

Azərbaycan vətəndaşları daha çox Türkiyədə insan alverinin qurbanına çevrilirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Azərbaycanda 22 uşaq, 863 nəfər böyük insan alverinin qurbanı olub.

bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun “Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair” illik məlumatında qeyd edilib.

2018-ci ildə Azərbaycanda insan alveri qurbanlarının 812-si qadın, 73-ü kişi olub.

Ötən il ərzində insan alveri qurbanları arasında böyüklərin xüsusi çəkisi artıb. 2018-ci ildə insan alveri qurbanlarının 98 faizi böyüklər olduğu halda, 2017-ci ildə bu göstərici 71, 2016-cı ildə 70, 2015-ci ildə 63 faiz olub.

İnsan alveri qurbanlarının məruz qaldığı ölkələrin sırasında ilk yeri (70 faiz) Türkiyə tutur. İnsan alveri qurbanlarının 11 faizi Rusiyada, 9 faizi Birləşmiş Ərəb Əmirliyində, 6 faizi Azərbaycanda, 2 faizi Malayziyada, 1 faizi Pakistanda, 1 faizi İranda istismara məruz qalıb.

Trend