15 tondan çox Azərbaycan pomidoru Rusiyaya buraxılmadıbackend

15 tondan çox Azərbaycan pomidoru Rusiyaya buraxılmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan Rusiyaya aparılan külli miqdarda pomidoru ölkəyə buraxmayıb.

“Rosselxoznadzor”un Dağıstan bölməsinin müfəttişləri “Yaraq-Qazmalyar” beynəlxalq yoxlama məntəqəsində Azərbaycandan gələn 15,5 ton pomidoru saxlayıb.

Laboratoriya müayinələri üçün götürülmüş təzə pomidor nümunələrində Cənubi Amerika pomidor güvəsi adlı zərərverici aşkar edilib. Buna görə də məhsulun geri qaytarılmasına qərar verilib.

Qeyd olunur ki, bu zərərli gübrə kartof, badımcan, tütün və digər bitkilərə zərər verir.

//qafqazinfo