Qadının qızıl dişlərini söküb, özünü öldürdülər — Dəhşətli cinayətin təfərrüatıbackend

Qadının qızıl dişlərini söküb, özünü öldürdülər — Dəhşətli cinayətin təfərrüatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ucar rayonunda tamah məqsədi ilə qətl törətməkdə təqsirli bilinən Könül Məmmədova Ali Məhkəməyə müraciət edib.
Editor.az “ölkə.az”a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin müraciəti ilə bağlı məhkəmə baxış iclası bu gün hakim Fərhad Kərimovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, qətlin üstü təsadüfən açılıb.
Belə ki, Kürdəmir rayonu Şilyan kəndinin ərazisində rayon sakinləri Cabir Əhmədov, Ayaz Cəfərov və Gəncə şəhər sakini Könül Məmmədova ictimai qaydanı pozduqlarına və polisin tələblərinə tabe olmadıqlarına görə Kürdəmir Rayon Polis Şöbəsinə gətiriliblər.
Araşdırma zamanı K.Məmmədova 2014- cü il yanvar ayının 11-də tanışı Rasim Fətəliyevlə birgə Ucar rayon sakini Siyarə Abdullayevanın evindən oğurluq etmələrini etiraf ediblər.
K.Məmmədova sonrakı araşdırmalar aparılması üçün Ucar Rayon Polis Şöbəsinə təhvil verilib.
Ucar Rayon Polis Şöbəsində K.Məmmədovanın tanışı R.Fətəliyevlə birgə Ucar rayon sakini Siyarə Abdullayevanın evindən üzərində 15 qızıl diş olan protezi və təqaüd kartını oğurlamaları, yanvar ayının 17-də K.Məmmədovanın cinayəti gizlətmək üçün S.Abdullayevanı boğaraq qətlə yetirməsi də müəyyən edilib.
Məlum olub ki, qətli törədən Könül Məmmədova əvvəllər Siyarə Abdullayevanın evində kirayənişin olub. Yataq xəstəsi olan S.Abdullayevanın evində kirayə qalan zaman onun qızıl dişləri olan protezi K.Məmmədovanın diqqətini cəlb edib.
Ona görə də bu barədə tanışları olan Cabir Əhmədov və Ayaz Cəfərova danışıb. Plan hazırlayan dəstə üzvləri S.Abdullayevanın evinə giriblər.
Protezləri oğurlayan zaman qadın Könülü tanıyıb. Ona görə də izi itirmək məqsədilə S.Abdullayevanı boğaraq öldürüblər.