Aydın Mirzəzadə son bir ildə aparılan islahatlardan danışdıbackend

Aydın Mirzəzadə son bir ildə aparılan islahatlardan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan üçün islahatçılıq artıq qəbul edilmiş bir proses, bir atmosferdir.

Hələ 26 il öncə ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə Azərbaycanın müxtəlif sahələrində dərin islahatlar həyata keçirdi və bu da öz nəticəsini bizim gündəlik həyatımızda göstərməkdədir.

Həmçinin, indiki prezident cənab İlham Əliyev islahatçı ruhlu insandır.

Onun dövründə iki dəfə Konstitusiya dəyişikliyi, idarəetmə sisteminin ayrı-ayrı sahələrində yeni sistemin tətbiq edilməsi göz qarşında olan məsələdir.

Bunu  açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Son bir ildə, xüsusilə də 2018-ci ilin 11 aprel seçkilərindən sonra, o cümlədən, 2019-cu ilin ilk dörd ayı ərzində islahatlar prosesinin daha geniş vüsət aldığını, bu prosesin davamlı olduğunu və olacağını qeyd edən millət vəkili bildirib ki, hər gün bu istiqamətdə yeni hadisələrin, yeniliklərin, dəyişikliklərin baş verdiyini əyani şəkildə görürük.

“Demək olar ki, hər gün bu və ya digər nazirliyin, yaxud da əhəmiyyətli bir sahənin səlahiyyətli nümayəndəsinin onların strukturunda islahatlarla bağlı anonsunu dinləyirik.

Dünən, elə, Dövlət Gömrük Komitəsi sədrinin müavininin gömrükdə ciddi islahatların aparılması, sahibkarlığa dəstək istiqamətində faktorların nəzərə alınması ilə bağlı geniş fikirləri mətbuatda getmişdi.

Yəni belə hesab edirəm ki, islahatçılıq inkişafın fəlsəfəsinin əsasıdır.

Çünki həyat bir yerdə dayanmır, inkişaf bir mərhələdən daha bir yüksək mərhələyə keçir.

Həmçinin, biz dünyanın ayrılmaz tərkib hissəsiyik, onun bir parçasıyıq və dünyada gedən hadisələr, yaşanan proseslər bizə də ciddi təsir edir.

İnsanların dünyagörüşləri, onların gəlirləri artır.

Təbii ki, bu baxımdan da, yeni situasiyaya uyğun olaraq yeni təqdimetmə olmalıdır. Bunlar isə Azərbaycanda var.

Bir sözlə, bu islahatlar vənətdaşın hüquqlarının genişlənməsinə, onun problemlərinin daha tez və daha səmərəli həll edilməsinə, dövlətin daim onun – vətəndaşınının yanında olması düşüncəsinə gətirib çıxarır”, – deyən A.Mirzəzadə bir daha islahatlar prosesinin qarşısıalınmaz və geridönməz bir proses olduğunu sözlərinə əlavə edib.

//Oxu.Az