Adı Saakaşvili ilə hallanan model qəzaya düşdü- Videobackend

Adı Saakaşvili ilə hallanan model qəzaya düşdü- Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin sevgilisi kimi tanınan ukraynalı model Yelena Burçak Moskvada qəzaya düşüb.

hadisə aprelin 27-də Minsk şossesində qeydə alınıb.

Məlumata görə, 27 yaşlı model instaqram hesabında “Porsche Panamera” markalı avtomobili sürətlə idarə edərək yol hərəkəti qaydalarını pozduğunu əks etdirən görüntüləri paylaşdıqdan bir neçə dəqiqə sonra “Range Rover”lə toqquşub. İnsident nəticəsində bir nəfər xəsarət alıb.

Yüngül yaralanan Burçak isə mühafizəçinin müşayiəti ilə qara rəngli “Maybach” avtomobili ilə hadisə yerindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Y. Burçakın Saakaşvili ilə Kiyevdə əyləncə məkanlarından birində tanış olduğu iddia olunur. Bu xəbəri hər iki tərəf nə təkzib, nə də təsdiq edib.