Ərdoğan və Putin arasında kritik müzakirə

22:19 | 30 Aprel, 2019

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub

liderlər ikitərəfli münasibətləri və Liviyadakı son hadisələri müzakirə ediblər.

Ərdoğan və Putin Suriya böhranının həlli üçün Astana formatı çərçivəsində sıx əməkdaşlığın davam etdirilməsi mövzusunda razılaşıblar.

Tərəflər eyni zamanda”S-400″ raket əleyhinə müdafiə kompleksilə bağlı müzakirələr aparıblar.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Donald Tramp arasında ötən gün telefon söhbəti olub.

Tərəflər Rusiya istehsalı olan “S-400″lə bağlı müzakirə aparıblar.

Teleqraf